Bu gün səhər saatlarında Masallının Ərkivan qəsəbəsində
Xeyriyyəçı iş adamı, şair-publisist Gülağa Tənha müntəzəm olaraq öz xeyirxah təşəbbüsləri, həyata keçirdiyi aksiyalarla diqqət çəkir. Bu günlərdə Gülağa Tənha tərəfindən daha bir xeyriyyə tədbiri reallaşdırılıb.
Newscenter.az-ın verdiyi xəbərə görə, Gülağa Tənhanın təçəbbüsü ilə sentyabrın 15-i səhər saatlarında Masallının Ərkivan qəsəbəsində şəhid və qazi ailələri, eləcə də “ƏRKİVANIM” facebook qrupunun(saytın) aktiv üzvlərindən ehtiyacı olanlar üçün xeyriyyə aksiyası keçirilib.
Müqəddəs Məhərrəm ayında İmamların şəhid olmasının 40 günü münasibətilə təşkil edilən aksiyada ehtiyacı olanlara zəruri ərzaq malları, həmçinin qurban payları verilib.
Ruhiyyə