Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hədəf Azərbaycan dövləti olmaqla yanaşı, eyni zamanda dövlətimizin başçısıdır

Hədəf Azərbaycan dövləti olmaqla yanaşı, eyni zamanda dövlətimizin başçısıdır


«İki gündür qərbin Azərbaycandakı casus şəbəkəsinin sosial mediada və xaricdən yayımlanan internet televiziyalarındakı çıxışlarını ciddi şəkildə monitorinq edirəm. Tezis eynidir; şəhidlərimiz üzərindən oyun oynayaraq Dövlətimizin bütövlüyü uğrunda apardığı prosesi gözdən salmaq, vətəndaşlarımızı ruh düşkünüyünə kökləmək, ermənilərin də ciddi cəhdlə nail olmaq istədiyi bəzi məsələləri təbliğ etmək».

Newscenter.az xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov səsləndirib. Onun sözlərinə görə, bu təbliğatı aparanların siyahısına nəzər saldıqda məlum olur ki, bu vətənşüvənlərin bir çoxunun övladı ordumuzda xidmət etməyib və ümumiyyətlə Azərbaycanda yaşamırlar:

«Amma bunlar özlərini elə təqdim edirlər ki, sanki Şəhidlərimizin valideynlərinə canları yanır. Amma şüraltı ifadələrlə onları etiraz etməyə səsləyir, eyni zamanda gənclərimizin vətənpərvərlik ruhlarını öldürməyə çalışırlar. Yazıqlar olsun. Bax bu xislətin sahibi olduqlarına görə Azərbaycan xalqı heç vaxt bu bəduğurlara etimad göstərmir və göstərməyəcəkdə. Çünki zalqımız ağı qaradan seçir və birmənalı olaraq Vətənin bütövlüyünü dəstəkləyirlər. Vətənin bütöv olması üçün isə həmişə qurbanlar olacaq".

AVP rəsmisi deyib ki, bütün bunların yekunu olaraq belə nəticəyə gəlmək olar:

«Hədəf Azərbaycan Dövləti olmaqla yanaşı, eyni zamanda Dövlətimizin başçısıdır. Çünki Vətənin azadlığı prosesinin Komandanı məhz İlham Əliyevdir. Bu yerdə məşhur bir deyim yadıma düşür: “Əgər haqqın kimin tərəfində olduğunu bilmək istəyirsənsə düşmənin oxunun kimə tərəf yönəldiyini görmək kifayət edər”. Bəli, düşmənin oxu İlham Əliyevə qarşı yönəlib, deməli O haqq yoldadır».

Mehman
Xəbəri paylaş