Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyi planlaşdırmır

KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə yerləşdirməyi planlaşdırmır


"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana sülhməramlılar göndərməyi planlaşdırmır".

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu brifinqdə KTMT-nin Baş qərargahının rəhbəri Anatoli Sidorov bildirib.

“İki ölkə sərhədində təşkilatın qüvvələrindən istifadə etmək müzakirə mövzusu deyil”, - o deyib.

Onun sözlərinə görə, təşkilat Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşacağına ümid edir.

Xatırladaq ki, daha əvvəl KTMT missiyasının Ermənistana sentyabrın 15-də gələcəyi bildirilirdi.
Xəbəri paylaş