Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qusarda narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 1 nəfər saxlanılıb

Qusarda narkotik dövriyyəsinə qarşı  əməliyyatlar zamanı 1 nəfər saxlanılıb


Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında, eləcə də narkotik xassəli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Əziz Əlistanov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana və 14 ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkiləri açkar olunaraq götürülüb.

Faktla bağlı Qusar RPŞ-də Ə.Əlistanovun barəsində cinayət işi başlanılıb.

Mehman
Xəbəri paylaş