Türkiyənin “Dəniz Külək Enerjisi Birliyi”nin təşkilatçılığı ilə dənizdə külək enerjisi texnologiyaları ilə bağlı onlayn seminar keçirilib.
Newscenter.az-a Agentlikdən bildirilib ki, tədbirdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) əməkdaşları ilə yanaşı Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna, Polşa, Rumıniya, Bolqarıstan, Yunanıstan və Norveçdən olan mütəxəssislər iştirak ediblər.
Seminar çərçivəsində BOEMDA-nın nümayəndə heyəti 26-28 oktyabr 2022-ci il tarixlərində Türkiyənin İzmir şəhərində dənizdə enerji texnologiyaları sahəsində baş tutacaq “Marentech Expo” sərgisinə dəvət olunub.
Sevinc