Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər Livanda Azərbaycan səfirliyinə hücum ediblər

Ermənilər Livanda Azərbaycan səfirliyinə hücum ediblər


Ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər.

Newscenter.az-ın xəbərinə görə, bu ölkədə yaşayan 1 000 nəfərədək erməni təxribat törətməyə çalışıb. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib.

Qeyd edək ki, əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücumlar edirlər.

Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edir.

Anar TAGİYEV
Xəbəri paylaş