Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqbal Məmmədov: "Erməni terrorçu dəstələri törətdikləri hər təxribatın cavabını ağır alacaqlar"

İqbal Məmmədov: "Erməni terrorçu dəstələri törətdikləri hər təxribatın cavabını ağır alacaqlar"


Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı düşmənin 50-dən çox döyüş mövqeyi və hakim yüksəkliklər nəzarətə götürülüb, 450 hərbçisi məhv edilib.

Newscenter.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Azərbaycanın Müzəffər Ordusu şəhidlərimizin qisasını alaraq bizə qələbə sevincini yaşatmaqda davam edir:

"Ermənistan son təxribatları ilə bir daha öz xislətini ortaya qoymuş oldu. Təəssüf ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozaraq regionda yenidən vəziyyəti gərginləşdirməyə çalışır. Heç kəsə sirr deyil ki, Ermənistan maşası olduğu qüvvələrin sifarişini icra edir. Erməni xalqı da Paşinyanın ona verilən tapşırığı icra etmək üçün insanları qırğına verdiyini anlayır. Məhz buna görə də daxildə ona qarşı aksiyalar və mitinqlər keçirilməkdədir. Paşinyan sülh müqaviləsinin imzalanmasını gecikdirməklə Ermənistanın bir dövlət kimi varlığını şübhə altına atmaqdadır".

Deputat vurğulayıb ki, düşmən və onun havadarları "Dəmir yumruğ"un yerində olduğunu unutmamalıdırlar:

"Erməni terrorçu dəstələri törətdikləri hər təxribatın cavabını ağır alacaqlar. Azərbaycanın Müzəffər Ordusunun mərd oğulları hər bir şəhidimizin intiqamını alaraq, düşməni döyüş meydanında darmadağın edir, onlara layiq olduqları dərsi verirlər. Ermənistan və havadarları unutmasınlar ki, Azərbaycan 1990-cı ildə olduğu kimi gücsüz və başsız deyil. Dövlətimizin güclü lideri, Ali Baş Komandanı var. Cənab Prezident İlham Əliyevin ölkə başçısı seçildiyi gündən ordu quruculuğu sahəsində apardığı islahatlar, atdğı addımlar sayəsində 30 il öncə ayaqyalın öz dədə-baba torpaqlarını tərk edən oğullarımız tank belində qalib ordunun və ölkənin nümayəndəsi kimi daxil oldu. Bundan böyük sevinc və qürur ola bilməz! Bu qüruru, sevinci bizə yaşadan Ali Baş Komandana, mərd oğullarımıza, ərazi bütövlüyümüz uğrunda canını və sağlamlığını qurban verən şəhid və qazilərimizə təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm".
Xəbəri paylaş