ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfərə hazırlaşır. Pelosi İrəvanda Nikol Paşinyanla və erməni deputatlarla görüşəcək.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Pelosinin nə üçün Ermənistana səfər etməsi aydındır:
"Pelosinin erməni lobbisi ilə əlaqələri məlum faktdır, gəlib Azərbaycan əleyhinə açıqlamalar verəcək. Nensi Pelosinin İrəvana səfəri bizdən çox Kremli düşündürəcək. Vaşinqton Ermənistanı Rusiyanın caynağından qurtarmaq üçün var gücüylə çalışır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir müddət əvvəl İrəvana sirli səfəri də bununla əlaqəli idi. Kremlin düşmənlərindən sayılan Pelosi İrəvana səfəri ilə Paşinyana ayı xidməti göstərəcək".
Mehman