Rusiya Prezidenti Vladimir Putin Özbəkistanda keçirdiyi mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüşdən danışıb.
Bu barədə Newscenter.az xarici mətbuata istinadən xəbər verir.
“O (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan -red.) Prezident Zelenski ilə görüşün hansısa müsbət nəticəyə gətirib çıxara biləcəyinə inanaraq görüş təklif edir”, - Putin bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, görüş üçün zəruri olan ilk şərt rəsmi Kiyevin razılığıdır.
"Ancaq onlar imtina edirlər! Zelenski elan etdi! O, açıq şəkildə - bilmirəm harada, amma açıq şəkildə - hazır olmadığını və Rusiya ilə danışmaq istəmədiyini söylədi", - Putin əlavə edib.
Anar TAGIYEV