Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Radikal müxalifət ünsürlərinin müqəddəs şəhid adını dillərinə belə gətirmələri haramdı

Sədaqət Vəliyeva: Radikal müxalifət ünsürlərinin müqəddəs şəhid adını dillərinə belə gətirmələri haramdı


Hər zaman ölkəmizin qazandığı uğurlara kölgə salmağa çalışan radikal müxalifət nümayəndələri bu dəfə də öz xain, anti-Azərbaycan xislətlərini ortaya qoymuş oldular. Özü də ən həssas və məsuliyyətli bir məqamda. Maraqlıdır niyə görə hər dəfə Müzəffər Azərbaycan Ordusu erməni təxribatlarına layiqli cavab verərkən bu ermənidən çox erməni olmağa çalışanlar peyda olur və Azərbaycan dövlətinin, xalqının maraqlarına qarşı çıxaraq erməni maraqlarını müdafiə edirlər?! Cavabsa çox sadədir: Çünki ermənidən heç bir fərqi olmayan və anti-Azərbaycan dairlərindən maliyyələşən Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Altay Göyüşov, Tural Sadıqlı kimi satqınlar ölkəmizin qazandığı uğurları həzm edə bilmirlər. Artıq bu xain ünsürlər o qədər azğınlaşıb ki, ən həssas məqamlarda belə müqəddəs şəhid adından öz mənafeləri naminə istifadə etməkdən çəkinmirlər.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Altay Göyüşov, Tural Sadıqlı kimi dollarlara satılanlar unutmasın ki, ölkəmizin ən həssas bir vaxtında müqəddəs şəhid adından şəxsi məqsədlər üçün istifadə etmək öz xalqına qarşı ən böyük düşmənçilikdir. Əlbətdə bu sapı özümüzdən olan baltalar üçün ölkəmizin maraqlarını sataraq qazandıqları dollarlardan başqa artıq heç bir müqəddəs anlayış qalmayıb. Bir dəfə belə olsun şəhid ailəsini yad etməyən, qaziyə baş çəkməyən bu ünsürlərin müqəddəs şəhid adını dillərinə gətirmələri haramdı. Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Altay Göyüşov, Tural Sadıqlı kimi anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilənlər Azərbaycan xalqından və şəhidlərimizin ruhundan utansınlar! Bu xainlərə ən gözəl cavab məhz xalq-iqtidar birliyimiz oldu:

“ Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında erməni təxribatlarına layiqli və qətiyyətli cavab verdi. Bu gün Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə olan diqqət və qayğı dünya ölkələrinə nümunədir. Nə qədər ki, Azərbaycanın, öz şəhidinin şəklini başı üzərində tutan, Dəmir Yumruqlu İlham Əliyev kimi prezidenti var, nə ermənilərin nə də içimizdəki ermənilərin heç bir təxribatı baş tutmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Xəbəri paylaş