Hazırda Tacikistan-Qırğızıstanın dövlət sərhədində döyüşlər gedir.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, açıqlamanı Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb.
Bildirilib ki, Qırğızıstan sərhəddəki münaqişə ilə bağlı Tacikistanı əsassız olaraq ittiham etmək üçün sosial şəbəkələrdən yararlanır.
“Qırğız Respublikası sosial şəbəkə vasitəsi ilə Tacikisitanı münaqişəni davam etdirməkdə ittiham etməyə cəhd göstərir. Bunların heç biri reallığı əks etdirmir. Tacikistan Respublikası və Qırğız Respublikası ilə dövlət sərhədində vəziyyətin sabitləşməsi üzrə cəhdlərimiz 2022-ci il sentyabrın 15-də uğursuzluqla nəticələndi. Qırğızıstan silahlı münaqişəni davam etdirir və problemin danışıqlar yolu ilə həllindən imtina edir”, - məlumatda vurğulanıb.