"Erməni əsgərə yardımın yalnız müsbət tərəfdən müzakirə olunmasını arzu edərdim. Qalib və qəhrəman əsgərə yaraşan məhz bu idi".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, mərhəmət həm də bizim qanımızdadır:
"Amma bu hisslər bizə tarixi torpaqlarımıza qayıtmağa mane olmur. Biz bu görüntü ilə dünyaya sübut edirik ki, 100 ildir bizdən qan və zor gücünə qopardığınıız torpaqlara, həsrət qaldığımız və ayaq basa bilmədiyimiz tarixi vətənimizə xilaskar ordu ilə qayıdırıq. Bunu mütləq nəzərə almalıyıq".
Ədalət Verdiyev qeyd edib ki, dünya ilə bu gün onun anladığı dildə danışmalıyıq. Pafos, maksimalizm, insan həyatına məqsədli qəsd və s. Yuqoslaviyanın cəmi 1 ildə 5 yerə parçalanmasına səbəb oldu. Erməninin kim olduğunu və nələr etdiyini mən də öz üzərimdə hiss etmişəm. Bizim bu gün həyata keçirdiyimiz fəaliyyətləri özümüz üçün deyil, daha çox sonrakı nəsil üçün nəzərdə tutulur".
Mehman