Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin Livan təxribatı

Ermənilərin Livan təxribatı


Ermənilər dünən Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər.

Xatırladaq ki, Livanlı erməni iş adamlarının yaratdığı “Ari" fondu uzun müddət işğal altında qalan Laçın rayonunun Zabux kəndində 2013-cü ildə qanunsuz olaraq 150 evdən ibarət qəsəbə salmışdı.

Zabuxda əsasən Livandan gətirilən erməni ailələri qanunsuz olaraq yerləşdirilmişdi. Zabux bu ilin avqust ayında işğaldan azad olunandan sonra həmin ermənilər də qeyri-leqal yaşadıqları kənddən qaçmalı oldular.

Laçın şəhərində 30 ilik erməni işğalı müddətində də Livanlı erməni ailələrin məskunlaşması faktları var idi. Həmin ərazilərimizin işğaldan azad olması Livanlı erməniləri çox narahat edir və bu aqresiyanı da məhz səfirliyimizə hucumla nümayiş etdirdilər.

Amma Azərbaycan güclüdür və belə “hucumlar” ilə regiondakı düzəni dəyişmək olmaz. Həmin ərazilərimizin tarixi sahibləri olan Azərbaycan vətəndaşları isə tezliklə öz dogma torpaqlarına qayıdacaqlar.

Vüqar Bayramov-Milli Məclisin deputatı
Xəbəri paylaş