Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ŞƏT-in sammitində Prezident İlham Əliyevin iştirakı böyük əhəmiyyətə malikdir

ŞƏT-in sammitində Prezident İlham Əliyevin iştirakı böyük əhəmiyyətə malikdir


Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin Sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı böyük əhəmiyyətə malikdir.

Belə ki, Prezident İlham Əliyevin ŞƏT-in Zirvə görüşünə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında böyük nüfuza malik olmasından və ona göstərilən yüksək etimaddan xəbər verir. Rusiya, Pakistan, Çin, Hindistan, Orta Asiya ölkələrini birləşdirən bu mötəbər beynəlxalq platformada Azərbaycanın iştirakı və verilən qərarlarda söz sahibi olması baxımından xüsusi əhəmiyyət daşıyır.

ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olan Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb ki, burada da ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib.

ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə fəxri qonaq qismində iştirak edən dövlətimizin başçısının Türkiyə, Çin, Rusiya, Pakistanın dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə vacib olan məqamlardan biri də, ŞƏT üzvlərinin ermənilərin sərhədboyu törətdiyi təxribatlar barədə məlumatlandırılmasıdır. Bu isə Azərbaycanın sülh gündəliyinin dəstəklənməsi yönündə müəyyən razılaşmaların əldə olunacağına işarədir. 

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş