ğğ
Cəlilabad rayonunun Sabirabad kəndində 16 yaşlı qız yaşadığı evdə ölü tapılıb.
Newscenter.az bildirir ki, "Report"un Muğan bürosunun məlumatına görə, kənd sakini, 2006-ci il təvəllüdlü İ.Fətullayevanı yaxınları halsız vəziyyətdə aşkar ediblər.
Daha sonra 11-ci sinif şagirdi olan qız rayon xəstəxanasına aparılıb. Xəstəxanada onun artıq öldüyü məlum olub.
Hazırda mərhumun ölüm səbəbi araşdırılır.
Faktla bağlı araşdırma aparılır.