Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çətin günlərdə ucuz müxalifətçiliyə deyil, ideoloji birliyə ehtiyac var

Çətin günlərdə ucuz müxalifətçiliyə deyil, ideoloji birliyə ehtiyac var


"Son hadisələrdə bəziləri bu ölkənin, bu dövlətin maraqlarını müdafiədə Korotçenko qədər olmadılar. Hansısa məmurdan, nazirlikdən incikliyiniz ola bilər, amma dövlətçilik və vətənpərvərlik şüuru belə vəziyyətlərdə şəxsi məsələlərin fövqünə qalxmalıdır. Deyə bilərsiniz ki, Korotçenko öz dövlətinin maraqlarını əsas götürərək danışır. Siz də dövlətinizin maraqlarını əsas götürün, bir az ideoloji olun, obyektiv təhlilçi kimi görünməyə çalışmayın".

Newscenter.az xəbər verir ki, bu fikirləri fəlsəfə üzrə fəlsəfə doktoru Elvusal Məmmədov səsləndirib. O bildirib ki,
həyatda obyektiv mövqe yoxdur, obyektiv meyarlar, normalar kimi qəbul etdirilən şəxsi, ideoloji mövqelər, fikirlər var:

"Ölkənizi "təcavüzkar" adlandırmaqla erməni dəyirmanına su tökməyin, çünki erməni imkan tapan kimi fərq qoymadan bütün azərbaycanlıların, o cümlədən sizin xain düşüncələrinizin istehsal olunduğu o kəllənizə gülləni çaxar. Tarixi torpaqlarımız Ermənistana verilərkən özgə torpaqları hesabına genişlənən erməni hökumətinə qarşı çıxan "xain" haylar olmuşdurmu? Sanmıram".

Mehman
Xəbəri paylaş