Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda ölkənin KTMT-dən çıxması üçün nümayişlər keçirilir

Ermənistanda ölkənin KTMT-dən çıxması üçün nümayişlər keçirilir


Ermənistanın paytaxtı İrəvan şəhərində yüzlərlə fəal, o cümlədən Qərb fondlarından maliyyələşən təşkilatların əməkdaşları tərəfindən Azadlıq meydanında ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün aksiya keçirilir.

Newscenter.az xəbər verir ki, bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Etirazçılardan biri, sosioloq Karen Sarkisyan bildirib ki, etirazçılar hökumətdən Ermənistanın dərhal KTMT-dan çıxarılmasını istəyir:

“Bundan sonra biz real müttəfiqlərimizlə ölkəmizin təhlükəsizliyinin təmin edilməsi imkanları ilə bağlı danışıqlara başlayacağıq”.

Etiraz aksiyalarında “Sasna Tsrer” (Sasun dəlibaşları) adlı yarımhərbi qruplaşmasının radikal siyasi qanadı olan “Milli Vahid Qütb” partiyasının üzvləri də iştirak edir.

Qeyd edək ki, 2016-cı ilin yayında İrəvanda polis alayına məhz bu qruplaşmanın silahlıları hücum etmiş, nəticədə 3 polis həlak olmuşdu.
Xəbəri paylaş