Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pelosinin saxta "soyqırımı" abidəsinin üzərində axıtdığı gözyaşları isə uğursuz siyasi "şou"su

Pelosinin saxta "soyqırımı" abidəsinin üzərində axıtdığı gözyaşları isə uğursuz siyasi "şou"su


ABŞ Nümayəndələr Palatasının qalmaqallı spikeri Nensi Pelosi onsuz da bütün dünyada qızışdırıcı (katalizator) siyasətçi kimi tanınırdı. Bu mənada, onun Ermənistana səfəri çərçivəsində Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi və bölgədəki gərgin vəziyyətin əsl səbəblərini təhrif edən açıqlamalar verməsi gözlənilən idi.

Daha doğrusu, N.Pelosi İrəvana 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatın gerçək səbəblərini və səbəbkarını axtarmağa gəlməyib. Onun məqsədi əsl həqiqəti üzə çıxarmaq deyil. Pelosi düşmən ölkənin paytaxtına məhz Azərbaycanı hədəfə almaq və Ermənistanı Rusiya ilə, o cümlədən KTMT ilə üz-üzə qoymağa gəlib. Bunu Pelosinin səsləndirdiyi "Əgər Ermənistan KTMT-nı tərk edərsə, ABŞ onu silahlandırmağa və təhlükəsizliyini təmin etməyə hazırdır", ifadəsindən də görmək mümkündür.

Ermənilərin bu gün İrəvanda Amerika bayraqları ilə Rusiya əleyhinə aksiya keçirməsi və Ermənistanın KTMT-dən çıxmasını tələb etmələri də N.Pelosinin səfərinin əsl məqsədini üzə çıxarmış olur. Əslində Cənubi Qafqazdakı hazırkı kritik durumda C.Bayden administrasiyası İrəvana Nensi Pelosi kimi qatı ermənipərəsti və müharibə "qırğı"sını yox, bölgədə qalıcı sülhün bərqərar olmasına töhfə verə biləcək sülhsevər diplomatları göndərməliydi. Çünki Baronessa Kerolayn Koks kimi və Nensi Pelosi kimi türk düşmənlərinin İrəvana səfərləri Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurmaqdan başqa heç nəyə xidmət eləmir.

ABŞ Nensi Pelosini Ermənistana əsl təcavüzkarı deyil, 30 il erməni işğalından əziyyət çəkmiş Azərbaycanı təcavüzkar elan etmək üçün göndəribsə, bu faktın özü ABŞ-ın özünün ədalətsiz ölkə olduğunu bir daha təsdiqləyir. Ermənistan kimi təcavüzkar və terrorçu ölkənin yanında dayanmaq, ona dəstək vermək ABŞ kimi supergüc üçün rüsvayçılıqdır. Pelosinin saxta "soyqırımı" abidəsinin üzərində axıtdığı gözyaşları isə uğursuz siyasi "şou"dan başqa bir şey deyil.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyası
Xəbəri paylaş