Toqquşmaların baş verdiyi Tacikistanla sərhədə yaxın ərazidə yaşayan Qırğızıstan vətəndaşlarının təxliyəsi prosesi başa çatıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “TASS”a Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə və xilasetmə işləri departamentinin rəhbəri Bolot Şarşanəliyev bildirib.
“Bəli, evakuasiya prosesinin başa çatdığını deyə bilərik. Biz demək olar ki, bütün əhalini təxliyə etdik. Ərazilərdə yalnız evlərin təhlükəsizliyini təmin etmək üçün yerli sakinlərdən yaradılan könüllü xalq dəstələri qalıb. Qadınlar, uşaqlar, qocalar isə artıq təxliyə edilib”, - deyə Şarşanəliyev bildirib.
Onun sözlərinə görə, ümumilikdə, Batken və Oş vilayətlərinin bir sıra yaşayış məntəqələrinin sakinləri nəzərə alınmaqla, 142 minə yaxın insan təxliyə edilib.