Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstanla sərhəddə münaqişə zamanı Tacikistanın 38 vətəndaşı həlak olub

Qırğızıstanla sərhəddə münaqişə zamanı Tacikistanın 38 vətəndaşı həlak olub


Qırğızıstan hərbçilərinin ağır hərbi texnikadan istifadə etməklə Tacikistan ərazisini atəşə tutması nəticəsində azı Tacikistanın 38 vətəndaşı, o cümlədən iki hərbçi həlak olub, 20-dən çox yerli sakin yaralanıb.

Newscenter.az xəbər verir ki, bunu Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Şohin Səmədi bəyan edib.

“Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının “Kex” postunun minaatanlardan, pulemyotlardan və digər atıcı silahlardan atəşə tutulması nəticəsində Tacikistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu həlak olub. Sərhəddə gərginlik başlayandan 36 dinc sakin həlak olub, 20-dən çox insan yaralanıb”-deyə, o bildirib.
Xəbəri paylaş