Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 480-ə çatıb

Ukraynada Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 480-ə çatıb


“Son sutkada Ukraynada Rusiya ordusunun 230 hərbçisi məhv edilib”.

Newscenter.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 480-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 210 tank, 4 718 zirehli döyüş maşını, 1 309 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 251 təyyarə, 217 helikopter, 918 PUA, 238 qanadlı raket, 15 gəmi, 3 578 avtomobil texnikası və avtosistern, 122 xüsusi texnikadan ibarətdir.
Xəbəri paylaş