"Zəngəzur dəhlizinin reallaşdırılmasına qarşı çıxan ABŞ, bunu məhz Türkiyənin əleyhinə olmasından dolayı edir. Rusiya, Cənubi Qafqazda və Orta Asiyada ABŞ-ın varlığını belə düşünmək istəmir".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Çingiz Şahbazzi deyib ki, məhz ona görə də Zəngəzur dəhlizinin açılmasına, Türkiyə ilə birgə layihələrin həyata keçirilməsinə razı görünür:
"Bu da Rusiya üçün, başqa seçimin meydana çıxacağı zamana qədər davam edə bilər. Burada İranın mövqeyinin məhz ABŞ-la üst üstə düşməsi hamıda daha çox maraq yaradır. İranın ABŞ -la üst-üstə düşən mövqeyində də həmçinin Türkiyə ilə bağlı əsas yer tutan məqamlar var. Amma, ABŞ-dan fərqli olaraq, bu məqamlar daha çox siyasi elementləri özündə əks etdirir. Bura, Cənubi Azərbaycan dövlətinin yerli azərbaycanlılar tərəfindən qurulması yönündə artan fəallıqları və bu istiqamətdə İranın böyük problemlərlə üz-üzə qalmasını demək olar".
Ekspert bildirib ki, Zəngəzur dəhlizinin açılmadığı təqdirdə isə, bölgədə ABŞ -ın təsirini hamı kimi İran da, bəlkə daha çox hiss edəcək:
"Amma, İranın seçimi, daha doğrusu məqbul hesab etdiyi ikinci variant açıq şəkildə görünməkdədir. Bu da, Türkiyə və Azərbaycanın, bölgədə atdığı bütün addımlara qarşı çıxmaqdan ibarətdir və İranın siyasətində bu amil dəyişməz olaraq qalacaqdır".
Mehman