UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" komandası Yunanıstan Super Liqasında V turun oyununu keçirib.
Newscenter.az-ın məlumatına görə, Pirey təmsilçisi səfərdə "Aris"lə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 15-ci dəqiqədə "Olimpiakos"un futbolçusu Georgios Masuras açıb. Lakin Saloniki komandası fasilədən sonra 2 qol vuraraq, əzmkar qələbə qazanıb.
Bu nəticədən sonra "Olimpiakos" 8 xalla 6-cı pillədə qərarlaşıb. Xalını 10-a çatdıran "Aris" isə 3-cüdür.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la oktyabrın 6-da səfərdə, oktyabrın 13-də isə evdə üz-üzə gələcək.