Bu gün Azərbaycan dünya ölkələri ilə yanaşı beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir. Ölkəmiz üzv olduğu təşkilatlar daxilində fəal və nümunəvi fəaliyyəti seçilir, sülhsevər və inkşafa hesablanmış təşəbbüslərlə çıxış edir. Dəfələrlə dünyamiqyaslı təşkilatlar tərəfindən Azərbaycanın nümunəvi üzv dövlət olması xüsusi qeyd edilmiş və səmərəli fəaliyyətinə görə ölkəmizə, ölkə başçımız cənab İlham Əliyevə təşəkkürlər ünvanlanmışdır. Sentyabrın 16-da ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyev Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində iştirak etdi. Ölkəmizin samitdə iştirakı, Azərbaycanın dünya-miqyaslı nüfuzunun və ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və uğurlu xarici siyasətin göstəricisidir. Samitdə çıxış edən Azərbaycan prezidenti cənab İlham Əliyev ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin açılmasına verdiyi böyük töhfələrdən bəhs edərək, respublikamızda nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlər haqqında məlumat verdi. Daha sonra cənab prezidentimiz İlham Əliyev Samit iştirakçılarına Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında məlumat verərək dəhlizin Asiya ilə Avropanı birləşdirən mühüm beynəlxalq nəqliyyat arteriyasının bir hissəsi olduğunu bildiridi. Eyni zamanda Zəngəzur dəhlizinin Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə böyük töhfə verəcəyini qeyd etdi.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti nəqliyyat-loqistik əhəmiyyəti ilə yanaşı diplomatik əhəmiyyəti ilə də yadda qaldı. Beləki cənab prezidentimiz İlham Əliyev çıxışı zamanı ölkəmizin sülhsevər təşəbbüslərindən və Ermənistanın dövlət sərhədində törətdiyi son təxribatlardan danışaraq Ermənistanı ifşa etdi və növbəti dəfə diplomatik fiaskoya uğratdı:
“Ümumi olaraq Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti Azərbaycanın dünyadakı yüksək mövqeyinin və gücünün göstəricisi olmaqla yanaşı postmüharibə dövründə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və iqtisadi, ticari-nəqliyyat sahələrinin inkşafı baxımından mühüm rol oynayacaq”.
Ruhiyyə