Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşini qəbul edib.
Newscenter.az-a nazirlikdən bildirilib ki, görüşdə ölkəmizdə enerji sahəsində həyata keçirilən yerli və qlobal əhəmiyyətli layihələr, o cümlədən elektroenergetikanın inkişafı və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə danışılıb.
BƏƏ-nin “Masdar” və “TAQA” şirkətləri ilə mövcud əməkdaşlıq və cari layihələrin icra vəziyyəti nəzərdən keçirilib. İki ölkə arasında “yaşıl enerji” əməkdaşlığı enerji keçidinə birgə töhfə kimi qiymətləndirilib və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Mehman