Bakının Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasındakı hissəsində təmir yekunlaşıb.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, ümumilikdə təmir işlərinin icra olunduğu hissənin uzunluğu təqribən 440 metr, sahəsi isə 8000 kv.m-ə yaxındır.
Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq gecə saatlarında və həftəsonları icra olunub.
Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.
Sevinc