BMT-nin baş katibi Antoniu Quterreş hesab edir ki, Rusiya və Ukrayna sülhə nail olmaq üçün şərait yaratmaqdan uzaqdır.
Bu barədə Newscenter.az “RBK-Ukraina”ya istinadən xəbər verir.
Onun fikrincə, belə şəraitdə prezidentlər Vladimir Putin və Volodimir Zelenski arasında danışıqlar aparmaq çətindir.
“Düşünürəm ki, BMT nizamnaməsinə, beynəlxalq hüquqa uyğun olaraq sülhə nail olmaq üçün şərait yaratmaq vacib olardı, amma real düşünsəniz, məncə, biz hələ də bu imkandan uzağıq və yəqin ki, iki prezident arasında birbaşa danışıqlar aparmaq çətin olacaq", - təşkilat rəhbəri deyib.
BMT rəhbəri vurğulayıb ki, o, danışıqları asanlaşdırmaq üçün “yaxşı xidmətlər” verməyə hazırdır, lakin onların aparılması tərəflərin istəyindən asılıdır.
Anar Tağıyev