Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qənnadı məmulatlarını məhv edib.
AQTA-dan Newscenter.az-a verilən məlumata görə, fiziki şəxs Məmmədova Sevinc Nuhbala qızının Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 300 kq qənnadı məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
Sevinc