Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lerikdə ağacların kəsilməsi nəticəsində təbiətə 30 min manata yaxın ziyan dəyib

Lerikdə ağacların kəsilməsi nəticəsində təbiətə 30 min manata yaxın ziyan dəyib


Lerik rayonu, Hücü kəndi ərazisindəki pay torpağı sahələrində ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 30 min manata yaxın ziyan dəyib.

Bu barədə Newscenter.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən növbəti nəzarət tədbirləri zamanı ağacların kəsilməsi faktı aşkarlanıb: "Araşdırma zamanı ağacların Lerik rayon sakinləri İslam Şabanov, Cahil Hüseynov, Hidayət Rüstəmov, Elnur Rüstəmov və Fərhad İbadov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 29 900 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
Xəbəri paylaş