Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nensi xalanın uşaqları və ya xain yığnağı

Nensi xalanın uşaqları və ya xain yığnağı


İşğalçı Ermənistanın davamlı təcavüzləri can ala-ala gedir. Əldə edilən tarixi ZƏFƏRin qürurunu yaşamaqla yanaşı, gənc, qəhrəman oğullarımızın Şəhid olması qəlbimizi dağlayır. İnsan ağrıyırsa canlıdır, başqalarının ağrısını hiss edirsə insandır.

Bütün insanlar bu günlərdə ağrıyır, ağlıyır və düşməni lənətləyir. Düşmən tərəfindən başımıza od ələnən tarixi Göyçə, Zəngəzur mahalında Azərbaycan bayrağının ucalmasına sevinməklə yanaşı, hər gün şəhid xəbəri, qazi xəbəri insanı sarsıdır. Necə deyərlər, bir gözümüz gülür, bir gözümüz ağlayır.

Erməni akademik D.Dəmirçiyan bir məqaləsində qeyd edir ki: “Siz ermənidən baş çıxara bilirsinizmi? Nə qədər qəribə və müəmmalı varlıqdır!.... İstənilən erməni Don Kixota bənzəyir. Qırğına məruz qalsa da, hələ də ağlı başına gəlməyib. Türk hücum edəndə, kömək üçün rusu gözləyir. Rus gələndə gözünü avropalıya dikir. İngilis gəlir, bu zaman yenə də rusu gözləyir....…”

Bəli, doğurdan da ermənilərin ağlı başına gəlməyib və həqiqətən də müəmmalı varlıqdır, diz çöküb kapitulyasiya aktını imzalayır, amma yenə də təcavüzü, işğal siyasətini davam etdirir, dinc qonşuluq və sülhün yeganə çıxış yolu olduğunu anlamır və ya anlamaq istəmir.

Nensi xala da gəlib düşdüyü mühitə uyğun sərsəm, həqiqətdən uzaq bəyanatlar verir, eynilə dünyada və Azərbaycanda yaşayan “nəvələri” kimi danışır.

Amma erməni ermənidir, məşhur Atalar sözündə deyildiyi kimi, yoldaş ol çomağı əldən vermə. Düşünürsən ki, qos-qoca Amerikanın bu işğalçı, riyakar, satqın və elastik ermənistan nəyinə lazımdır?! Nə isə...., çox nensilər gəlib-gedib, 30 ildir bu nensilərin nazına çox dözdük. Lap dostumuz Qurban Təbiətoğlunun bir şeirində deyildiyi kimi:

30 il səbrlə çəkdik nazını
Cəmi 44 günə aldıq qazını
Şəlləyib dalına unitazını
Hara istəyirsən köç indi dəyyus!

Nensini ermənilərlə baş-başa buraxaq, “nəvələri”nin nadürüstlüyü adamı daha da hiddətləndirir.

Baş verənlərin ağrı-acısını yaşadığımız bir vaxtda, adı azərbaycanlı olan bir sürü satqının şərəfrsizliyi, xəyanəti isə lap dəhşətdir. Nə qədər alçaq, ləyaqətsiz olasan ki, ermənilərin Azərbaycana, azərbaycanlılara qarşı davamlı təcavüzlərini görməyəsən və ya görmək istəməyəsən. Allah Şəhidlərimizə rəhmət eləsin, Azərbaycan dövlətini, rəşadətli ordumuzu qorusun. Müzəffər Ali Baş Komandanın düşünülmüş və qətiyyətli addımları, rəşadətli ordumuzun şücaəti sayəsində haqq-ədalət tam bərpa olunacaq. Buna kimsənin şübhəsi olmasın, nə daxildəki satqınların, nə xaricdə ermənilərlə əlbir olanların, nə də yaxın-uzaq qonşuların.

Bax onda bu satqın sürüsünün halı necə olacaq, onsuzda canlı ikən ölü olan bu şərəfsizlərin cəsədini torpaq qəbul edəcəkmi?!

Bir neçə il öncə, qardaş Türkiyədə XAİNLƏR QƏBİRSANLIĞI deyilən qəbirsanlıq yaradılıb. Düşünürəm ki, arzu edilən olmasa da, yaxşı təcrübədir, qoy indiki və gələcək nəsil kimin-kim olduğunu bilsin və unutmasın. Son hadisələr bir daha göstərdi ki, Azərbaycanda da belə bir yerə ehtiyac var. İşğalçı Ermənistanın və ümumilikdə ermənilərin xalqımızın, mülki insanlarımızın başına açdığı vandalizmi, yağdırdığı odu görməyən və ya görmək istəməyib guya Azərbaycanın Ermənistana təcaviz etdiyini qırıldayanların son mənzili, ancaq XAİNLƏR QƏBİRSANLIĞI ola bilər.
Hörmətsiz və şərəfsiz satqınlar, bir yerə yığışıb qiybətləşərkən, gələcəyinizi və sizi böyüdüb-başa çatdıran Azərbaycan dövlətini UNUTMAYIN!

Aqil Əsədov
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Xəbəri paylaş