Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş olacaq.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə bu gün, sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.