Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Paşinyana yolunu azmamasının mesajını verdi

Putin Paşinyana yolunu azmamasının mesajını verdi


"ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanı tərk etdikdən sonra Rusiya prezidenti Vladimir Putin İrəvanda keçirilən IX Rusiya-Ermənistan regionlararası forumunun iştirakçılarına müraciət ünvanlayıb. “Rusiya ilə Ermənistan arasında dostluq, əməkdaşlıq davam edir” deyən Kreml sahibi ötən müddət ərzində Rusiya və Ermənistanın müxtəlif sahələrdə konstruktiv əməkdaşlıqda geniş təcrübə topladığını, ikitərəfli əlaqələri yüksək müttəfiqlik səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıb. Putin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, bəzilərinə elə gələ bilər ki, bu Ermənistanda Rusiyaya və Kollektiv Təhlükəslik Müqaviləsi Təşkilatına qarşı etirazlara, Pelosinin İrəvana səfərinə, ermənilərin Vladimir Putinin şəkillərini cıraraq, onun üvanına təhqirlərin səsləndirilməsinə adekvat reaksiya deyil:

"Əslində isə Putin “ikitərəfli əlaqələrin yüksək müttəfiqlik səviyyəsinə çatdırılması vacibdir” deməklə Paşinyana yolunu azmamasının mesajını verib. Nensi Pelosinin səfərinə gəldikdə Putinin mövqeyini onun mətbuat katibi Dmitri Peskov ifadə edib: “ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi sözdə deyil, əməldə, ucadan, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Bu cür insanlar reallıqda bu normallaşmaya öz töhfəsini verə bilərmi? Səs-küylü aksiyalarla və bəyanatlarla? Gəlin izləyək, zamanla hər şey aydın olacaq”. Kreml Pelosini deyil, Nikol Paşinyanın aksiya və bəyanatlarını izləyəcək".

Mehman
Xəbəri paylaş