Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib


"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

Newscenter.az- ən məlumatına görə, "Report" Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları V tur oyunundan sonra istefaya göndərilib.

Qeyd edək ki, ispaniyalı baş məşqçi avqustun 2-də bu posta təyin olunmuşdu. "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
Xəbəri paylaş