Samur-Abşeron kanalında kişi meyiti tapılıb.
Newscenter.az xəbər verir ki, "Report"un Şimal bürosunu məlumatına görə, meyit kanalın Quba rayonunun Gədikqışlaq kəndi ərazisindən keçən hissəsində aşkar olunub.
İlkin məlumata görə onun Quba rayonu Paşaoba kənd sakini, 1967-ci il təvəllüdlü Güloğlan Gülbaba oğlu Məmmədrzayev olduğu bildirilir.
Onun hansı şəraitdə suya düşdüyü məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.