"Fransada səfirliyimizə edilən hücum və barbarlıq döyüş meydanından qorxub qaçan erməni millətinin tarix boyu diplomatlara qarşı sərgilədiyi vəhşiliklərdən biridir".
Newscenter.az xəbər verir ki, bu sözləri Sonxeber.az-a danışan deputat İqbal Məmmdəov deyib.
Deputat qeyd edib ki, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına erməni vandalları tərəfindən təşkil edilən hücumlar ciddi şəkildə nəzarətə götürülməli, vandalizm və terror şüarları altında dinc insanlara qarşı bu cür zərərli halların qarşısı dərhal alınmalıdır:
"Səfirliklərimizə edilən hücumlara görə, ermənilərlə yanaşı, at oynadan ölkələr də məsuliyyət daşıyır. Çünki diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, "diplomatik nümayəndəliklərin binalarını istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün bütün müvafiq tədbirlər görülməlidir". Yəni 1961-ci ilin Konvensiyasına əsasən, səfirliyimizə qarşı edilən hücum görə birbaşa Fransa dövləti məsuliyyət daşıyır".
Deputat vurğulayıb ki, hər dəfə ağızdolusu beynəlxalq hüquqdan, demokratiyadan danışan dövlət və təşkilatlar yenə də erməni barbarlığını görməzlikdən gəldi:
"Bu, dövlətimizə qarşı 30 il ərzində göstərilən daha bir ikili münasibətdir. Qondarma "erməni soyqırımı"na timsah göz yaşı tökən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi kimiləri bizə qarşı edilən təxribatları və soyqırımını görməzlikdən gələrək əsl simalarını göstərmiş olurlar. Ermənistan və əlində maşası olduğu ölkələr sonda Azərbaycanın diktə edən tərəf olduğunu qəbul etməli və bizim şərtlərimizlə barışmalıdırlar. Əks təqdirdə "Dəmir yumruğ"umuzu başlarında hiss edəcəklər".