Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tariximiz qalıb 5-ci kalonun əlində

Tariximiz qalıb 5-ci kalonun əlində


Nensi Pelosinin Ermənistana səfəri zamanı erməni rəssam Q.Xandjanyanın " Avaryır" rəsmi önündə guya 451-ci ildə ermənilərin Sasanilərə qalib gəlməsini onların tarixinin"şərəfli"hissəsi kini qələmə verməsini bizim media da elə paylaşır ki, qıraqdan baxanda elə başa düşəcək ki, doğurdan da burda o dövrdə ermənilər yaşayıb. Əziz media bu Avaryır döyüşü zamanı ermənilər Qafqazda nə gəzirdi ? Erməni var idi o dövrdə burda ? Ermənilər bizim Alban tariximizi oğurlayıb, döyüş Albanlarla Sasanilər arasında olub, bunu bilmədən, araşdırmadan, bəs siz niyə bu barədə yazanda erməni sasani davası kimi qələmə verirsiz ?

Bu tarixi döyüş Albanların Sasanilərə qarşı apardığı mübarizənin nəticəsi olaraq Maku və Xoy arasında yerləşən ərazidə baş verib.

O dövrdə Sasanilərin apardığı siyasət Azərbaycanda və ona qonşu olan ölkələrdə tez-tez üsyanların baş verməsinə səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə ( iberlər, tərəkəmələr, Şahdağ xalqları ) birlikdə sasanilərə qarşı yönəlmiş 450-ci il üsyanına Alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal döyüşündə üsyançılar sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar.

Bütün qədim qaynaqlar və mənbələr bu döyüşün Albanlar və Sasanilər arasında baş verdiyini yazır. Rus və ermənilərin tariximizi, xüsusilə Albanları erməniləşdirmək cəhdinə sizlər bildi bilmədi niyə dəstək verirsiz?

Alban hökmdarlarının adına baxın " Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan"

Burda erməni adı görürsüz ? Guya Üsyana Vardan Mamikonyan başçılıq edirdi. Ay başınıza dönüm Yan soyadı var idi o dövrdə ? Yan soyadı Qafqaza köçürülən ermənilər Rusiyanın himayəsinə keçəndən sonra götürülüb.. Üsyan zamanı Vardan adı heç bir mənbədə çəkilmir. Bizim tarix kitablarında varsa da Ruslardan köçürülən kitablardır ki, onlar da dövlətimizin bir başa təhlükəsizliyinə ziddir.

100 erməni müəllfindən sitat gətirərəm ki, özləri etiraf edirlər ki, Qafqaza 17 ci əsrdən köçməyə başlayıblar. Bəs siz niyə erməni dəyirmanına su töküb bildi bilmədi onları 451-ci ildə bu ərazilərdə yaşadığını yazırsız ?

Tariximiz qalıb 5-ci kalonun əlində...Burdan onlar qovulmayana qədər bax beləcə ermənilər istədiklərini bizim kitablara salacaqlar..

Zaur Əliyev-docent
Xəbəri paylaş