Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə ilə TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisi başkanı Ata Kavame arasında görüş keçirilmişdir.
Newscenter.az xəbər verir ki, görüşdə cənab Ata Kavame TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisi və onun fəaliyyəti haqqında məlumat vermişdir. TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisində dövlət qurumların rəhbərləri, kreativ şirkətlər (TFSF, İKSV, KOÇ, AY YAPIM, TESDER, TOGED, BİROY, MODA TASARMICILARI DERNEĞİ, MÜYAP, MSG, NETFLİX, REKLAMCILAR DERNEĞİ, SALT, ZORLU PSM, XMEDİA ART MUSEUM) və təşkilatların üzv olduğunu və dövlətin yaradıcı sənayelərə dair qərarların qəbulunda və yaradıcı sənayelərin koordinasiyasında üst qurum kimi iştirakından və töhfələrindən bəhs etmişdir.
Cənab Ata Kavame yaxın aylarda İstanbulda baş tutacaq Kreativ Biznes Sammitinin birgə təşkilində Azərbaycanın müvafiq dövlət qurumlarını, eləcə də Azərbaycan Yaradıcı Sənayelər Federasiyasını dəvət etdi.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə öz növbəsində Federasiyanın missiyası və fəaliyyətləri barədə məlumat verərək ölkəmizdə gələcəkdə də yaradıcı sənayelərin inkişafı yolunda Federasiya tərəfindən ardıcıl fəaliyyətlərin həyata keçiriləcəyini bildirdi. O, həmçinin İstanbulda baş tutacaq Kreativ Biznes Sammiti çərçivəsində Türkdilli və İslam ölkələrinin iştirakı ilə ortaq Qlobal Yaradıcı Sənayelər Platformasının yaradılması barədə təklif etdi.
Sonda, Ata Kavame V.Eyvazzadəni birgə əməkdaşlığa dair fəaliyyətlərin daha dərindən müzakirəsi üçün Türkiyəyə səfərə dəvət etdi.
Mehman[b][/b]