Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müdafiəçilərinə bu qədər nifrət etməyiniz simanızın əsl göstəricisidir-SEVİNC OSMANQIZINA LAYİQLİ CAVAB

Vətən müdafiəçilərinə bu qədər nifrət etməyiniz simanızın əsl göstəricisidir-SEVİNC OSMANQIZINA LAYİQLİ CAVAB


"Mən indiyə qədər bu mövzuda bir az təmkinli olmağa çalışırdım. Amma Sevinc Osmaqızının tarixi torpaqlarımızda üçrəngli baryağımızın qaldırılmasına etiraz etməsi, əsgərlərimizi "oğru pişik" adlandırması, onun ən pis yolda olmasını bir daha nümayiş etdirdi. Sevinc xanım "oğru pişik" dediyiniz həmin qəhrəmanlar həm də erməni faşistlər tərəfindən qətlə yetirilən Sizin atanızın qisasını aldılar".

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Sevinc Osmanqızı layiqsiz övlad olaraq, Ordumuzun qəhrəman əsgərlərinə təşəkkür etmək əvəzinə, onları təhqir edir:

"Vətən müdafiəçilərinə bu qədər nifrət etməyiniz simanızın əsl göstəricisidir və Siz qalan ömrünüzü də bu pis damğalarla yaşacaqsınız. Heç ermənilər belə bizim Ordunun tarixi torpaqlarımıza yerləşməsinə qarşı Sizin qədər nifrət püskürməmişdilər".

Mehman
Xəbəri paylaş