İsrailli ictimai xadim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, “İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru Arye Qut vəfat edib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
O, uzun sürən xəstəlikdən sonra İsraildə dünyasını dəyişib.
Qeyd edək ki, Arye Qut 1975-ci Bakıda anadan olub. 2000-ci ildən İsraildə yaşayıb.
A.Qut həm İsrail, həm də Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi.
O, Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığa, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.
A.Qut "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri olub.