Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dünyada enerji ölkəsi kimi əhəmiyyətli bir ölkəyə çevrilib

Azərbaycan dünyada enerji ölkəsi kimi əhəmiyyətli bir ölkəyə çevrilib


"Bu gün 20 sentyabr ölkəmizdə neftçilər, neft sənayesi işçilərinin peşə bayramıdır. Əsrin müqaviləsinin imzalanması tarixində qeyd edilən bu gün ölkəmiz üçün xüsusi əhəmiyyəyə malikdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İltizam Yusifov səsləndirib. Millət vəkili bildirib ki, məhz 20 sentyabr 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması ilə müstəqil ölkəmizdə neft sənayesinin inkişafı üçün zəmin yarandı, Azərbaycan iqtiisadiyyatının dinamik inkişafının əsası qoyuldu:

"Bu gün Azərbaycan nefti dünya bazarına 3 kəmər vasitəsilə birbaşa çıxarılır. Bu gün Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə artıq Avropaya qədər uzanır. 28 ildə bu sahədə böyük işlər görülüb, Azərbaycan dünyada enerji ölkəsi kimi əhəmiyyətli bir ölkəyə çevrilib. Bu sahənin inkişafında çalışan mühəndislər, geoloqlar, neftçilər və başqa mütəxəssislər təbii sərvətilərimizin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar".

Deputat qeyd edib ki, neftçilər həmişə halal, zəhmətkeş insanlar olub:

"Neftçilər həmişə dövlətinin yanında olublar. Bu sənət həm də fədakarlıq, qəhrəmanlıq tələb edir. Çox çətin, riskli, həm də şərəfli bir sahədir. Bütün neftçilərimizi, neft sənayesi işçilərini təbrik edirəm. Hər birinə uğurlar, təhlükəsiz əmək fəaliyyəti arzulayıram. Bayramınız mübarək!"

Mehman
Xəbəri paylaş