Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa Milli Assambleyasının sabiq üzvü: "Azərbaycan səfirliyinə hücum edən şəxslər ekstremistdirlər"

Fransa Milli Assambleyasının sabiq üzvü: "Azərbaycan səfirliyinə hücum edən şəxslər ekstremistdirlər"


"Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxslər ekstremistdirlər".

Newscenter.az-ın məlumatına görə, "Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü, Jerom Lamber bildirib.

"Bir qrup erməni Azərbaycanın Fransadakı səfirliyinə hücum edərək səfirliyin binasına zərər verib, təhqiredici əməllərə yol veriblər. Bunu törədənlər qanun qarşısında törətdikləri əməllərinə görə cəzalandırılmalıdırlar.

"Bu əməllər bir qrup şəxs tərəfindən törədilib ki, bu şəxslər fanatiklər, ekstremistdirlər. Bu insanlar millətçilər, rasistdirlər ki, onlar ayrı-seçkiliyə, irqçiliyə xidmət edirlər. Bu fanatik əməllərə qarşı lazımi tədbirlər görülməli və bu cür ideyalar tamamilə aradan götürülməldir", - o, vurğulayıb.

Jerom Lamber bildirib ki, bir qrup ermənipərəst şəxsin belə hərəkətləri hətta Ermənistanın özünün belə imicinə zərər yetirir:

"Təəssüf ki, ekstremistlər müxtəlif mühitlərdə var və müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bu ermənipərəstlər ekstremistlər, təəssüf ki, Fransada fəaldır və ətrafındakı insanlara olduqca böyük ziyanlar vururlar. Bu şəxslərin əməlləri hətta Ermənistanın da imicinə böyük zərbədir".
Xəbəri paylaş