ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin siyasi karyerası olduqca ziddiyətli və kirli bir gündəliyə malikdir. Onun müxtəlif maliyyə maqnatları, lobbi və çirkli biznes şəbəkələri ilə əlaqəsinin olması da təəccüblü deyil.
Bir müddət əvvəl onun Tayvana səfər etməsi və Çinlə ABŞ arasında münasibətlərin kəskinləşməsinə səbəb olan addımlarının arxasında da siyasi korrupsiya və müəyyən kapital qarşılığı dayanırdı.
Şırmayı sifət cizgiləri ilə folklor ədəbiyyatında küpəgirən qarı obrazını xatırladan Nensinin erməni lobbisinin, xüsusuilə də Kaliforniyadakı erməni biznes çetesinin onu maliyyələşdirməsi də sirr deyil.
Bu baxımdam Pelosinin İrəvana səfərinin də kifayət qədər maliyyə və rüşvət qarşılığında baş tutması şübhə doğurmur.
Nensi qarının Ermənistanda Azərbaycan əleyhinə kəskin bəyanatlar verməsində də təəccübül heç nə yoxdur, heç kim ondan Azərbaycan və yaxud Türkiyəni tərifləyən, təqdir edən fikir söyləyəciyini də gözləmirdi. Bu ifritə simalı qadın ən azında ABŞ Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı” layihəsinin müəllifidir və davamlı olaraq Türkə qarşı düşmən obrazı ilə məşhurlaşıb. Ona görə də, bu erməni xislətli qarıcığın ermənidən artıq ermənilik etməsinə təəccüblənməyə də gərək yoxdur.
Ancaq məsələ ondadır ki, ABŞ dövlətini təmsil edən, parlamentin spikeri kimi yüksək postun sahibinin anti-Azərbaycan fəaliyyəti ən azından Vaşinqtonun regionla bağlı siyasətinə ciddi xələl gətirir. Nensinin sərsəm bəyanatı Amerika demokratiyası adına ləkədir.
Eyni zamanda, Pelosinin Ermənistan kimi təcavüzkar ölkəyə haqq qazandırması, üstəlik Ermənistanın təxribatçı qruplarının diversiyasına göz yumaraq Azərbaycanı ittiham etməsi açıq şəkildə terrorizmi və faşizmi müdafiə etməkdir.
Həmçinin, bu cür qızışdırıcı bəyanat erməni terrorizminin əlinə yeni fürsət vermək, Azərbaycana qarşı yeni aqressiyalara təhrik etmək və bölgədə hərbi toqquşmaları alovlandırmaqla yeni müharibəni toxumlarını səpməkdir.
Bir məqamı da nəzərə almaq lazımdır ki, Nensi Pelosi kimi saxtakar və minsifər qarıların qəlbindəki “erməni məhəbbəti” özünün sifəti kimi saxta və riyakarlıq cizgiləri ilə doludur. Onun əsas məqsədi hər zaman vasitə kimi istifadə etdiyi ermənilərin pulunu və səsinin qazanmaqdır. Noyabrd ABŞ-da yeni parlament seçkiləri keçiriləcək və reytinqi xeyli aşağı düşmüş Nümayəndələr Palatasının Kaliforniya erməni maqnatlarına və digər ştatlardakı erməni seçicilərinin dəstəyinə ehtiyacı vardır.
Sonda bir gerçəkliyi də unutmayaq, ABŞ-ın yaxın siyasi tarisində Pelosi kimi riyakar, xain və türkün düşməni olan konqresmenlər olsa da, Amerika siyasətində müvəqqəti yer alaraq tez də yaddan çıxıblar. Onlar ABŞ-Azərbaycan strateji münasibətlərinə heç bir xələl gətirmək gücündə deyil, Vaşinqton üçün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan ən yaxın strateji tərəfdaşdır. ABŞ-Azərbaycan siyasi münasibətləri ciddi siyasi platforma əsasında inkişaf edir, hansısa küpəgirən qarıların ifritəliyi ilə deyil.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki