Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müasir Azərbaycanın inkişafının təməlində “Əsrin müqaviləsi” əhəmiyyətli yer tutur-DEPUTAT

Müasir Azərbaycanın  inkişafının təməlində  “Əsrin müqaviləsi” əhəmiyyətli yer tutur-DEPUTAT


Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü tamam olur. 28 ildən sonra baxanda bu müqavilənin Azərbaycan üçün hansı iqtisadi və geosiyasi əhəmiyyəti var? Newscenter.az xəbər verir ki, sözügedən mövzu ətrafında Millət vəkili Nəsib Məhəmməliyev Visiontv.az saytına açıqlama verib:


“"Əsrin müqaviləsi" statusu ilə tarixə düşmüş neft razlaşmalarına 28 ildən sonra baxanda hər şeydən əvvəl güclü, siyasi, iqtisadi, hərbi cəhətdən inkişaf etmiş, beynəlxalq münasibətlər sistemində özünəməxsus söz sahibinə çevrilmiş, Azərbaycan adlı dövlət görürük.

1994-cü ildə, sosial, iqtisadi problemlərin içində boğulan, torpaqlarının 20% ni itirmiş, 1 milyona yaxın qaçqının, məcburi köçkünün çadır şəhərciklərində, yataqxanalarda dəhşətli şəraitdə yaşayan, hətta konstitusiyası belə olmayan kasıb Azərbaycan vardı.

Cəmiyyət Qarabağın, ətraf rayonlarının itirilməsindən, beynəlxalq birliyin ədalətsiz davranışlarından dolayı psixoloji sarsıntı içərisində idi.

Şükürlər olsun ki, Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi nəticəsində neft kontraktları imzalandı. Baxmayaraq ki, dövrün geosiyasi şərtləri olduqca mürəkkəb, ziddiyətli idi. Xəzər dənizinin statusunun müəyyənləşməməsi məsələnin həllini daha da çətinləşdirirdi. Transmilli şirkətlər, Şimaldan, Cənubdan gələn təhdidləri özləri üçün riskli olaraq görür və sərmayə qoymağa tələsmirdilər. Məhz, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində, sentyabr ayının 20-də kontraktlar imzalandı.

Ölkəyə valyuta daxil oldu. Bütün sahələrdə islahatlar aparıldı. Güclü ordu quruldu. Azərbaycan addım-addım inkişaf etməyə başladı. Minlərlə məktəb, uşaq bağçaları, xəstəxanalar, ali təhsil müəsisələri, mədəniyyət obyektləri, inzibati və yaşayış binaları, magistral avtomobil, dəmiryolları, körpülər, məcburi köçkünlər, şəhid ailələri, müharibə əlilləri üçün mənzillər, olimpiya-idman kompleksləri, stadionlar, kəndarası yollar, elektrik stansiyaları və s. inşa olundu.

Əhalinin elektrik enerjisinə, qaza, içməli və texniki suya olan tələbatının ödənilməsi üçün milyardlarla maliyyə tutumu olan infrastruktur layihələri icra olundu.

Ümumiyyətlə, Respublikanın bütün şəhərləri, qəsəbələri, kəndləri abadlaşdırıldı. On minlərlə parklar, istirahət mərkəzləri istifadəyə verildi.

Ən əsas məsələlərdən biri, Qarabağ işğaldan azad olundu.

Uzun illər aktiv ictimai-siyasi fəaliyyətdə olduğum üçün, 28 ilin hər gününü yaxşı xatirlayıram. Haqlı olaraq, "Əsrin müqaviləsi" Ulu Öndərin strateji düşüncəsinin məhsulu hesab olunur. Onu əyani şəkildə reallaşdıran o dövrdə Neft şirkətində vitse-prezident vəzifəsində çalışmış və Azərbaycanın bu günkü inkişafını təmin edən isə, Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Neft kontraktlarının iqtisadi, siyasi əhəmiyyətindən çox danışmaq olar. Həqiqət ondan ibarətdir ki, müasir Azərbaycanın inkişafının təməlində “Əsrin müqaviləsi” əhəmiyyətli yer tutur.”
Xəbəri paylaş