Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib


Azərbaycanla Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Newscenter.az-ın məlumatına görə, bu barədə Özbəkistan Müdafiə Nazirliyinin Hərbi kadrların hazırlanması idarəsinin nümayəndə heyətinin Milli Müdafiə Universitetini ziyarəti zamanı qeyd olunub.

Bildirilib ki, qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub, müzakirələr aparılıb.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Sonda qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş