ABŞ Konqresinin spikeri Nensi Pelosinin Ermənistana səfəri və səfər zamanı verdiyi açıqlamalar seperatizmə dəstək olmaqla yanaşı, regionda sülhə və əməkdaşlığa təhdiddir. Hər zaman anti-Azərbaycan mövqeyi ilə yadda qalan Nensi Pelosi, bu dəfə də ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etdi. Maraqlıdır haqq və ədalətdən danışan Pelosi niyə Ermənistanın 30 illik işğalçılıq dövründə səsini çıxarmadı?! Niyə bu günə qədər Azərbaycana qarşı erməni vəhşiliyi və terroru ilə bağlı bir dənə olsun belə bəyanat verməyib?! Niyə Pelosi İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq mülki əhalimizi raket atəşinə tutmasını görməzdən gəldi və bu terrora heç bir reaksiya vermədi?!
Lakin bütün bunlara baxmayaraq Azərbaycan hər zaman öz sülhsevər və humanist mövqeyi ilə seçilmişdir. Bütün dünya Azərbaycanın İkinci Qarabağ müharibəsində apardığı sivil müharibəyə şahidlik etdi. İkinci Qarabağ müharibəsi zamanı bir nəfər belə olsun mülki erməni vətəndaşının burnu qanamadı. Eyni zamanda ölkəmiz tərəfində irəli sürülən sülh təşəbbüsləri hər zaman dünya dövlətləri tərəfindən təqdir edilmişdir. Bu gün Azərbaycan dünyada sülhsevər və humanist ölkə kimi tanınır.
Əlbətdə Nensi Pelosinin Ermənistana səfəri və səfər zamanı verdiyi qərəzli açıqlamaların heç bir əhəmiyyəti yoxdur. Pelosinin Ermənistan səfərinin əsas məqsədi noyabr ayında keçiriləcək Konqresə aralıq seçkilərində erməni lobbisinin dəstəyini alaraq parlamentə düşməkdir. ABŞ Konqresinin spikerinin şəxsi məqsədlər üçün qərəzli və seperatizmə dəstək açıqlamalar verməsi böyük təəssüf doğurur.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı