Şimali Kipr Türk Respublikası və Rusiya arasında birbaşa təyyarə reysləri gerçəkləşdiriləcək.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “CNN Türk” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ilk uçuşun Ercan hava limanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış günündə - noyabrın 15-də həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, sentyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin diplomat Murad Zyazikovu Cənubi Kiprə səfir təyin edib. Müsəlman inquş olan Zyazikovun təyinatı Kipr mətbuatında “Putinin Ərdoğana hədiyyəsi” kimi gündəmə gəlib.
Bundan başqa, sentyabrın 17-də isə ABŞ Dövlət Departamenti Cənubi Kiprə silah embarqosunun 2023-cü maliyyə ili üçün ləğv edildiyini açıqlayıb. ABŞ-ın bu qərarı rəsmi Ankarada etirazla qarşılanıb.