Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Suraxanı qəsəbəsində məhəllədaxili yollar təmir edilir-VİDEO

Yeni Suraxanı qəsəbəsində məhəllədaxili yollar təmir edilir-VİDEO


Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 14 iyul küçəsindən ayrılan məhəllədaxili yollarda 3 və 5-ci döngələr üzrə aparılan təmir işləri yekunlaşır.

Newscenter.az-a Agentlikdən bildirilib ki, uzunluğu 1000, eni isə 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçələrin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yollara yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfalt döşənən ərazilərdə isə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunan küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.



Sevinc
Xəbəri paylaş