Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göyçə-Zəngəzur Respublikasının yaradılması xoşa gələsi bir təşəbbüs deyil

Göyçə-Zəngəzur Respublikasının yaradılması xoşa gələsi bir təşəbbüs deyil


Göyçə-Zəngəzur Respublikası”nın yaradılması heç də xoşa gələsi bir təşəbbüs, təklif deyil. Əvvəla, bunu yadımızdan çıxarmamalı, tariximizi unutmamalıyıq: Göyçə və Zəngəzur bizim tarixi torpaqlarımızdır. Bütün azərbaycanlıların bir dövləti – Azərbaycan dövləti var. Hətta ora Allahın köməkliyi ilə qayıdış olacaqsa, orda hər hansı respublika, dövlət qurmaq birmənalı olaraq ərazi bütövlüyümüzə xələl gətirən, eyni zamanda təhlükə yaradan məsələdir. Bu, qəbuledilməz təşəbbüsdür. Ermənilərin, bizi istəməyənlərin xeyrinə işləyib, onların əllərinə bəhanə vermək imkanı yaradan təklifdir. Bununla onlar dünyaya yenidən səs salsınlar ki, azərbaycanlılar Ermənistanı parçalayıb Ermənistan ərazisində dövlət yaradırlar? Axı Azərbaycan tərəfi olaraq cənab Prezidentimiz həmişə bəyan edir ki, bizim heç bir dövlətin ərazisinə müdaxilə etmək, onu parçalamaq məqsədimiz yoxdur. İndi kimlərsə belə bir təşəbbüslə boğulurlar. Bunlar nə məqsəd güdürlər?

Sözügedən “respublika”nın yaradılması Azərbaycanın da, Türkiyə Cümhuriyyətinin də xeyrinə deyil: “Ermənilər onsuz da Türkiyə ilə bağlı şər-bötan xarakterli müxtəlif şaiyələr yayırlar. Növbəti dəfə də bu təşəbbüslə bağlı Türkiyəyə qarşı yenidən hay-küy qaldıracaqlar ki, Türkiyə öz daxilində bir qrup insanı təşkilatlandırıb, Ermənistanı parçalayıb ərazisində dövlət yaratmaq fikrindədir. Bu səbəblərə görə “Göyçə-Zəngəzur Respublikası”nın yaradılması lazımsız, Azərbaycanın xeyrinə olmayan təşəbbüsdür. Bu təşəbbüs ermənilərə, ermənipərəst qüvvələrin Azərbaycanın Ermənistanı işğal etmək istəməsi ilə bağlı uydurduqları yalana haqq qazandırır, onlara növbəti fürsəti verir.
Azərbaycan dövləti var, bayrağı da, himni də, başqa atributlarımız da var. Kiminsə bizə calaq olmağı, şərik çıxmağı, Azərnbaycanın ziyanına işləyən ideyaları ortaya atıb düşmənin əlinə fürsət verməsi xeyir yox, ziyan verən hərəkətdir. Məqsədləri nədir, bu, hələ məlum deyil”. Prezident İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində sentyabrın 15-16-da keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşünə dəvət edilməsi dövlətimizin başçısının dünya miqyasında nüfuzunun və ölkə rəhbərinə göstərilən yüksək ehtiramın təzahürüdür.

Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistanın Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərində bu ölkələrlə müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə və daha da inkişafı üçün birgə səylərin bundan sonra da davam etdirilməsinə maraqlı olduğunu bildirib, həmçinin sentyabrın 12-13-də Ermənistan–Azərbaycan sərhədi zonasında təxribatla bağlı ölkəmizin qəti mövqeyini, sülh siyasətinə sadiqliyini diqqətə çatdırıb.

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sentyabrın 16-da keçirilən sammitinin geniş tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev həmkarlarına Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib. Dövlətimizin başçısı respublikamızın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində fəal iştirakından danışaraq, Azərbaycanın öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəyini qeyd edib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanları artacaq və marşrut boyu yerləşən bütün dövlətlər üçün faydalı olacaqdır.

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikildiyini və ya əsaslı təmir edildiyini bildirən dövlətimizin başçısı qeyd edib ki, tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkilib. "Göyçə-Zəngəzur Respublikası” haqqında yayılan məlumatları ciddiyə almamalı, əslində bu qurumun yaradılmasının indiki həssas dönəmdə milli maraqlarımıza zidd olduğunu bilməlidir.

Şübhəsiz ki, qondarma "Göyçə-Zəngəzur Respublikası”nın arxasında duranlar Azərbaycan dövlətinin güclü və qüdrətli olmasını istəməyən, Ali Baş Komandanımızın güclü iradəsi, diplomatik təcrübəsi, hərbi-siyasi manevr qabiliyyəti ilə ölkəmizin daha da qüvvətlənərək inkişafını arzulamayan, bölgəyə sülh, sabitlik və əminamanlığın gəlməsinin qarşısını almaq istəyən dövlətlər və güclərdir. Biz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi bir olmalıyıq. Dövlətimizin cənab İlham Əliyev kimi rəhbəri, lideri, sərkərdəsi var və cənab Prezidentin həyata keçirdiyi xarici siyasət hər bir azərbaycanlının, o cümlədən Qərbi Azərbaycanlıların milli maraqlarına xidmət edir. Bu baxımdan, iyrənc düşüncə əsasında "Göyçə-Zəngəzur Respublikasını” yaradan dairələr bilməlidirlər ki, atdıqları bu addımlar və onların arxasında dayanan qüvvələr dəmir yumruğun zərbəsini qəbul edəcəklər. Azərbaycan dövləti və xalqı əsla milli maraqlarımıza zidd olan hər hansı addıma dəstək verməyəcək, ona sahib çıxmayacaq. Amalımız, qayəmiz Azərbaycanın lideri İlham Əliyevin ətrafında sıx birləşmək və "dəmir yumruq” olaraq yolumuza davam etməkdir!



Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu
Xəbəri paylaş