"Bu gün Azərbaycan cəmiyyətində hüquqi maarifləndirmə sahəsində müəyyən boşluqlar var. Açığı, bu sahədə vəziyyəti qənaətbəxş adlandırmaq olmaz. Məsələn, mətbuatda, KİV-də hüquqla bağlı maarifləndirici yazılara az-az rast gəlinir".
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O hesab edir ki, televiziyalarda, internet portallarında hüquqla bağlı xüsusi verilişlər, rubrikalar olmalıdır:
"Bir faktı deyim ki, məhz ulu öndərin göstərişi ilə 1970-ci ildə universitetdə hüquq məsləhətxanası yaradıldı və burada insanlara ödənişsiz hüquqi məsləhətlər verilirdi. Təqdirə layiq haldır ki, Bakı Dövlət Universitentində Hüquq klinikası var və bu klinikanın əsas istiqamətlərindən biri də hüquqi yardımın göstərilməsidir. Azərbaycanda bütövlükdə hüquqi maarifləndirmə daha da gücləndirilməlidir. Əhalinin müxtəlif təbəqələri arasında bu işlər görülməlidir, çünki bu gün buna ehtiyac var".
Mehman