Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsu"yun sədr müavini vətəndaşların şikayətlərini dinləyəcək

"Azərsu"yun sədr müavini vətəndaşların şikayətlərini dinləyəcək


Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 28 sentyabr 2022-ci il tarixində Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Masallı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Masallı və Yardımlı Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.

Sevinc

Xəbəri paylaş